Müşfiq Hətəmov "Speys"dən niyə getdi? - Detallar

13:40 - 7 Fevral 2023 - GÜNDƏM

 Müşfiq Hətəmov

Space Müstəqil Teleradio Şirkətinin direktoru Müşfiq Hətəmovun vəzifəsindən getməsinin bəzi detalları bəlli olub.

BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, Müşfiq Hətəmov öz istəyi ilə vəzifəsindən ayrılıb.

Məlumatlı mənbənin bildirdiyinə görə, Müşfiq Hətəmovun işdən getməsi onun yeni vəzifəyə təyin olunması ilə əlaqədardır. "Speys"nın sabiq direktoruna mədəniyyət sektorunda yüksək vəzifə veriləcəyi bildirilir. Yeni təyinatın bir həftə ərzində açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Müşviq Hətəmov iki ilə yaxın müddətdə Space Müstəqil Teleradio Şirkətinin direktoru kimi fəaliyyət göstərsə də, əvvələr çalışdığı mədəniyyət sahəsində dövlət siyasətinə dəstək verməyə davam edirdi. Məsələn, yaz sessiyası ərzində Milli Məclisin müzakirəsinə təqdim olunacaq “Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin hazırlanmasında yaxından iştirak edir.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Xatırladaq ki, ssenarist, kinoprodüser, əməkdar incəsənət xadimi Müşfiq Hətəmov"Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Azərbaycan Prodüserlər Gildiyasının sədri vəzifələrində çalışıb. 2021-ci ilin mayında isə Speys TV-nin direktor təyin edilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol