Respublika Psixiatriya Xəstəxanasının vəzifəli şəxsi həbs edilib.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı baş idarədə başlanmış cinayət işi üzrə Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Minaya düşərək həlak olan şəxs musiqiçi imiş - Foto
- Bakıda məşhur otel satışa çıxarılır: 5,8 milyon... - Foto
- Bakıya həftədə bir dəfə 2 günlük leysan yağır - Nə baş verir?
- Azad edilmiş bu kəndlərə köç karvanları yola salındı
- Sabah hava necə olacaq?
- Kapital Bank EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
- Xəzərdə ardıcıl zəlzələlərin səbəbi açıqlandı
- MM Aparatının rəhbərinə yeni müavin təyin edildi