Ermənistan hakimiyyəti son vaxtlar Rusiyaya qarşı böyük və həyasız demarş təşkil edib.
BUTA.TV xəbər verir ki, bunu erməni ekspert David Camalyan deyib.
O bildirib ki, Ermənistanın öz ərazisində KTMT təlimləri keçirməkdən imtina etdiyi forma demarşdır:
“Faktiki hakimiyyət Ermənistanı gücləndirmək üçün əlavə qüvvə və vasitələrin gəlməsinin qarşısını almaqla kifayətlənməyib, hətta Rusiyanın 102-ci hərbi bazasının İrəvan üçün təhlükə olduğunu deyib. Eyni zamanda, Rusiyanın Ermənistana Dövlət İttifaqına daxil olması üçün təzyiq etdiyini açıqlayıb. Hakimiyyətin formalaşdırdığı antirusiya fonu Kreml tərəfinin müvafiq reaksiyası olmadan qala bilməz. Bütün bunlar Rusiyanın ağrılı bəyanatlarına gətirib çıxarır. Məsələn, Lavrovun Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarması ilə bağlı son bəyanatları kimi”.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi