Qeyri-neft ixracının dəyəri yüksəldi

13:52 - 6 Fevral 2023 - GÜNDƏM

 Qeyri-neft ixracının dəyəri yüksəldi

Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri 284,53 mln. ABŞ dolları təşkil edib.

BUTA.TV xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (Azpromo) məlumatına görə, bu, 2022-ci ilin analoji ayı ilə müqayisədə 22,6 faiz çoxdur.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 047,67 mln. dollara bərabər olub.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol