Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi

12:02 - 6 Fevral 2023 - GÜNDƏM

 Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib.

BUTA.TV xəbər verir ki, Birinci vitse-prezident bu barədə İnstaqram hesabında yazıb.

"Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!", - deyə o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol