Bakıda ögey bacısının 252 min manat pulunu oğurlayan şəxsdən xəbər var

09:21 - 6 Fevral 2023 - KRİMİNAL

 Bakıda ögey bacısının 252 min manat pulunu oğurlayan şəxsdən xəbər var

Bakıda bacısının külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Mahir Əlizadənin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

BUTA.TV-nin əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.Məhkəmənin ilkin hazırlıq iclası fevralın 7-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o , 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. M.Əlizadə məhkəmə iclas zalında həbs olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

İttiham aktına əsasən, oğurluq hadisəsi 2021-ci il iyunun 19-da paytaxt ərazisində qeydə alınıb.

Belə ki, M.Əlizadənin ögey bacısı Lyudmila Əlizadə Nərimanov rayonu, Təbriz küçəsi, 15-ci məhəllə, 115 nömrəli evin 4 saylı mənzilindən Rusiyanın Moskva şəhərinə getmək məqsədilə hava limanına yola düşüb. Təqsirləndirilən şəxs isə zərərçəkmiş və qeyrilərinə məxsus çantaları idarə etdiyi avtomobilə daşımaqda kömək etmək adı ilə götürüb. O, həmin çantalar arasında olan kiçik əl çantasından L.Əlizadəyə məxsus 252 012 manat pulu oğurlayıb.

Daha sonra L.Əlizadə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

İstintaq tərəfindən M.Əlizadənin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol