Ərdoğandan Qərbə xəbərdarlıq: Lazımi qərar veriləcək!

01:20 - 6 Fevral 2023 - GÜNDƏM

 Ərdoğandan Qərbə xəbərdarlıq: Lazımi qərar veriləcək!

Konsulluqlarını bağlayan ölkələrlə bağlı müvafiq qərarları verəcəyik.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hamısı zamana oynayır. Ötən dəfə Xarici İşlər Nazirliyi hamısını çağırdı, ultimatum verdi. “Əgər bu kimi hərəkətləri davam etdirərsəniz, bədəlini ağır ödəyərsiniz” dedi. Bazar ertəsi hökumətin iclası olmalıdır. Orada lazımi qərar veriləcək”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, bəzi Qərb ölkələri terror təhlükəsi olduğunu iddia edərək İstanbulda konsulluqlarını bağlayıblar. Məsələ ilə əlaqədar diplomatik korpusun rəhbərləri Türkiyə XİN-ə çağırılmışdı.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol