XİN rəhbəri səfirliyə hücumda yaralananları ziyarət etdi

18:44 - 5 Fevral 2023 - GÜNDƏM

 XİN rəhbəri səfirliyə hücumda yaralananları ziyarət etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət almış diplomatik korpusun əməkdaşları Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Tvitterdə məlumat yayıb.

Bildirilib ki, nazir hazırda vəziyyətləri qənaətbəxş hesab olunan əməkdaşlara şəfa diləyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol