Misirin keçmiş baş naziri vəfat etdi

16:22 - 5 Fevral 2023 - GÜNDƏM

 Misirin keçmiş baş naziri vəfat etdi

Misirin keçmiş baş naziri Şərif İsmayıl 67 yaşında vəfat edib.

BUTA.TV xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Sisi deyib.

“Misirin ən yaxşı insanlarından olan bu fəzilətli şəxsə, bu xalqın vicdanını təcəssüm etdirən şəxsiyyətə - keçmiş baş nazir Şərif İsmayıla dərin hüznlə yas tuturam. Bu vicdanlı insanın itkisi ilə əlaqədar Misir xalqına başsağlığı verirəm”, - Sisi bildirib.

Bu gün Qahirədə Şərif İsmayılın dəfn mərasiminin keçiriləcəyi bildirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Qeyd edək ki, Şərif İsmayıl 2015-2018-ci illərdə Misirin baş naziri olub. Son illərdə İsmayıl Misir prezidentinə milli layihələrin həyata keçirilməsində yardım edirdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol