Əmr verdim ki, hava şarını dərhal vurun, amma... - Bayden

16:04 - 5 Fevral 2023 - GÜNDƏM

 Əmr verdim ki, hava şarını dərhal vurun, amma... - Bayden

Çinin casus hava şarını dərhal vurmağı əmr etdim, amma Pentaqon tələsik qərar qəbul etməməyi məsləhət gördü.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Pilotlar hava şarını müvəffəqiyyətlə vurdular. Onları etdiklərin işdən ötrü təbrik etmək istəyirəm”, - Bayden bildirib.

Pentaqondan bildirilib ki, ilkin olaraq cihazı məhv etmək istəməyiblər, çünki onun insanlara xəsarət yetirə biləcəyindən və yerdəki əmlaka zərər verə biləcəyindən ehtiyatlanıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Qeyd edək ki, dünən ABŞ Çinə məxsus olduğu deyilən hava şarını vurmuşdu.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol