Ukraynaya tankları buna görə veririk - Şolts

15:46 - 5 Fevral 2023 - GÜNDƏM

 Ukraynaya tankları buna görə veririk - Şolts

Qərb tanklarının Ukraynaya tədarükü müharibədə yeni eskalasiyaya səbəb olmayacaq.

BUTA.TV xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Bild”ə açıqlamasında deyib.

“Bu müharibəyə heç nə haqq qazandıra bilməz. Rusiya Ukraynaya qarşı amansız müharibə aparır. Almaniya müttəfiqləri ilə birlikdə Ukraynaya tanklar verir ki, özünü müdafiə edə bilsin. Hər bir silah tədarükü ilə bağlı qərarı diqqətlə ölçüb-biçdik, onu müttəfiqlərlə, ilk növbədə ABŞ-la razılaşdırdıq. Bu birgə yanaşma müharibənin genişlənməsinə qarşı qorunmadır”, - Şolts bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol