Azərbaycan ordusunun təchizatı üzərində işləyirik - Akar

10:12 - 5 Fevral 2023 - CƏMİYYƏT

 Azərbaycan ordusunun təchizatı üzərində işləyirik - Akar

Əziz dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək kimi davam edəcək. Azərbaycan tək deyil. Möhtərəm Prezidentlərimizin çəkdiyi çərçivədə biz Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi və təchizatı üzərində işləyirik.

BUTA.TV verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi və ondan keçəcək dəmir və avtomobil yolları region üçün iqtisadi, sosial həyat və təhlükəsizlik baxımından çox dəyərlidir:

“Ermənistan tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzaddığı sülh əlini tutmaq vacibdir. Başqalarından təsirlənərək xəyal qurmağın mənası yoxdur. Gəlin faktlara baxaq. Ağlabatan şərtlərlə müqavilə bağlayaq, sülhü, sabitliyi təmin edək, rahat, dinc yaşayaq. Biz Ermənistandan bu fürsətdən istifadə etməsini istəyirik”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol