Britaniya "Vaqner"i terror təşkilatı kimi tanıyacaq

01:56 - 4 Fevral 2023 - GÜNDƏM

 Britaniya

Britaniya Daxili İşlər Nazirliyi Rusiyanın “Vaqner” özəl hərbi təşkilatını rəsmən terror təşkilatı kimi tanımağı planlaşdırır.

BUTA.TV xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” nəşri yazır.

Bildirilir ki, qruplaşmanın terror təşkilatı kimi tanınacağı halda Britaniyada “Vaqner”ə mənsub olmaq, onun tədbirlərində iştirak etmək, habelə onun simvollarını ictimaiyyət qarşısında geyinmək cinayət əməli sayılacaq.

Bununla bağlı müzakirələr hələ ki, ilkin mərhələdədir.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Həmçinin qeyd edilir ki, bu məsələ ilə bağlı yekun qərar SEPAH ilə müqayisədə daha tez veriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol