Alkoqollu içkilər 10-15 il ərzində mütəmadi içildikdə 5 növ xərçəng riskini artırır. Bu daha çox kişilərdə rast gəlinir.
“Buta.tv” xəbər verir ki, onkoloq Andrey Vorobyev alkoqolun DNT-ni dəyişdiyini bildirib.
Alkoqol içildikdən sonra orqanizmdə zərərli maddələrə parçalanır, xərçəng ehtimalını dəfələrlə artırır. Xüsusən bu içkilərdə olan asetaldegid hüceyrələrdə toplanaraq, daxildən dağıdıcı təsir edir. Zədələnmiş hüceyrələr isə artıq bədxassəlidir.
Spirtli içkilərdən daha çox ağız, boğaz, mədə-bağırsaq, mədəaltı vəz, qaraciyər, süd vəzi xərçəngi yaranır.
10 ildən artıq həftə ərzində 200 ml-dən artıq spirtli içki içənlərdə bu risk var.
- Polis bu qadını axtarır - Foto
- Vüsal Nəsirli qaynını müşaviri təyin etdi
- Bakıda bu yolda sürət həddi endirildi
- Baş nazir leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verdi
- NİİM bunun üçün 4 milyon xərcləyəcək
- DTX-də general-leytenantların sayı 3-ə çatdı
- Yol polisi xəbərdarlıq etdi
- Bu ərazilərə qar yağır