ABŞ-ın rəhbərlik etdiyi birqütblü dünyanın çoxqütblü dünyaya çevrilməsi üçün Türkiyə və digər ölkələr mübarizə aparır.
BUTA.TV xəbər verir ki, bunu MDB Ölkələri İnstitutunun Mərkəzi Asiya və Qazaxıstan şöbəsinin müdiri Andrey Qrozin deyib.
Qrozin bildirib ki, Türkiyə çoxqütblü dünyanın formalaşmasının labüdlüyünü dərk edir:
“Ona görə də siyasi müstəvidə ölkə müxtəlif istiqamətlərdə nəzərəçarpacaq dərəcədə fəallaşıb və bununla da gələcəkdə özü üçün əlverişli mövqe tutmağa çalışır. Rusiya da eyni prosesi başa düşür və o da artıq gələcək dünya nizamında yer almaq üçün mübarizə aparır. Onlar çalışır ki, ABŞ bundan sonra yeganə güc qütbünün sahibi olmasın və o, şərtləri diktə etməsin. Bu mübarizədə Moskva və Ankara iki ölkə arasındakı münasibətlərdəki çətinliklərə baxmayaraq, qarşılıqlı faydalı tərəfdaş olaraq qalacaqlar. Bu, çətin və problemlidir. Lakin ümumilikdə, Rusiya rəhbərliyi üçün NATO-nun üzvü olan Türkiyə tərəfi ilə ünsiyyət qurmaq, NATO-ya daxil olmayan Şərqi Avropa dövlətləri ilə ünsiyyət qurmaqdan qat-qat asan və perspektivlidir”.
- Hansı qeyri-pedaqoji ixtisas sahibləri müəllim ola bilər?
- Qardaş 46 yaşlı bacısını bıçaqladı
- Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi...
- DİM-dən buraxılış imtahanında iştirak edənlərə müraciət
- AzTV-nin aparıcısına vəzifə verildi
- Bakıda kişi və arvadı kirayə qaldığı evdə dəm qazından öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Bu gündən elektron siqaretlər qadağan olundu