ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid deyib ki, Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur. Onun sözlərinə görə, Qarabağdakı Rusiya sülhməramlıları proseslərdə konstruktiv rol oynamırlar: “İran isə Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır”.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, amerikalı diplomat haqlıdır, sadəcə onun sonrakı “Rusiya və İranın regional fəaliyyəti Ermənistan-Azərbaycan sülh prosesinə daha çox töhfə verməlidir” tövsiyə xarakterli cümləsi ilk söylədiklərinə uyğun gəlmir:
“Donfridin söylədiyi kimi, Rusiya və İran Cənubi Qafqazda konstruktiv rol oynamırlarsa, bu iki ölkə sülh prosesinə necə töhfə verə bilər? Ancaq amerikalı diplomatın bu cümləsindən o da aydın olur ki, Vaşinqton, Parisdən fərqli olaraq, Ermənistan-Azərbaycan sülh prosesində Rusiyanı əvəz etməyə iddialı deyil. Bizə də o lazımdır ki, Rusiya hərbi kontingentini Qarabağdan yola saldıqdan sonra rusiyalı hərbçilərin yerini doldurmaq barədə kimsə düşünməsin”.
- Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - Foto
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
- Bakıda 64 yaşlı kişi cibgirlik etdi – Anbaan video
- Suqovuşanda mina partladı: xəsarət alan var
- Masallıda ev yandı: baba və nəvə öldü
- Abşeronda yeni yol qısa müddət sonra çökdü - Foto
- Sərhədimizi pozan 72 nəfər saxlanıldı - Foto
- “Expressbank”ın İdarə Heyətinə – Yeni təyinat