İrəvan anlamalıdır: Kreml Bakı ilə problem istəmir - Markedonov

15:28 - 26 Yanvar 2023 - GÜNDƏM

 İrəvan anlamalıdır: Kreml Bakı ilə problem istəmir - Markedonov

İndi dolayı yolla İrəvanı Moskvaya qarşı qoymaq, rus sülhməramlı kontingentinin əməyini gözdən salmaq cəhdləri edilir. Ukrayna-Rusiya müharibəsi fonunda Qərblə qarşıdurmada qalan, sanksiyalar altında Türkiyə və Azərbaycandan asılı olan Rusiya əlavə problem istəmir. Kreml yumşaq reaksiya verməlidir. Ermənistan cəmiyyətində, siyasətçilərində müəyyən şişirdilmiş gözləntiləri müşahidə edirik. Sırf emosional baxımdan bunu başa düşürəm. Adi erməni gözləyir ki, müttəfiq nəsə daha sərt bəyanat versin, daha dəqiq mövqe tutsun, hansısa addım atsın. Əgər bu baş verməsə, o, başqa pəncərəyə baxmaq haqqında fikirləşir.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı ekspert Sergey Markedonov deyib.

“Bu pəncərə Fransa ola bilər. Lakin Emmanuel Makronun 5 və ya 10 tviti vəziyyəti dəyişmir. Fransa hakimiyyət orqanları, məsələn, Qarabağa sülhməramlılar göndərməyə hazır olduqlarını bəyan etmədilər. Ona görə də bu tvitləri, xoş arzuları Kremlin konkret olaraq etdikləri ilə əvəzləmək cəhdi suallar doğurur. Qərb siyasəti Rusiyanı sıxışdırmağa yönəlib. Mövqeyimizi daha fəal təbliğ etməliyik. Bilirəm ki, bizdə özündən razılıq hissi yaranıb ki, Ermənistan bizim müttəfiqimizdir, nəyisə bir daha izah etmək nəyə lazımdır, hər şey aydındır. Amma hamı hər şeyi başa düşmür. Hətta aydın olan məqamları da izah etmək lazımdır. Problemlər həmişə var və onlar haqqında səmimi danışmaq lazımdır”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol