Kimlərsə Kinematoqrafçılar İttifaqından əsəbiləşərək istefa verib. Ancaq mən öz işimdən, evimdən necə imtina edə bilərəm?! Mən üzvlükdən imtina edənləri də anlamıram. İttifaq məgər Şəfiqə Məmmədovanın şəxsi müəssisəsidir? Siz qurultayın keçirilməsini tələb edin!
Bu sözləri Kult.az-a açıqlamasında kinorejissor, xalq artisti Şeyx Əbdül Mahmudov Kinematoqrafçılar İttifaqından kütləvi istefalar haqda danışarkən deyib.
Ə.Mahmudov sözlərinə görə, Ş.Məmmədova kimlərinsə adını çəkərək onun arxasında durduğunu deyir:
“Kinematoqrafçılar İttifaqı ictimai təşkilatdır. Dövlət ittifaqı yaşlı və xəstə kinoçulara yardım məqsədi üçün saxlayıb və yardım edir. Çox maraqlıdır ki, onlar burada nə görüb əl çəkmirlər. Əgər belədirsə, onda təşkilata köçürülən məbləğ kinostudiyaya ayrılsın. Bundan sonra pul oradan kinoya xidmət edən insanlara verilər. Kinoya aidiyyəti olmayanlar niyə burada əyləşib özünə şərait yaratmalıdır?! Kinoçular pərən-pərən düşüb, kino ortada qalıb, dövlətin pulu şəxsi maraqlara xərclənir? Buna bir son qoyulmalıdır. Bu ittifaqın idarə heyəti və sədri qeyri-legitimdir. Şəfiqə Məmmədovanın 7 ildir qurultaysız sədr olaraq fəaliyyət göstərdiyi zaman aldığı maaşlar, xərclədiyi pulların hamısı cinayətdir.
Ş.Məmmədovanın oğlunun orada işləməsi də hamının bildiyi bir faktdır. İttifaqda böyük kino xadimləri, katiblər almasa da, oğlu maaş alır. Üstəlik oğlunun Azərbaycan xalqına qarşı münasibəti də çox mənfidir.
Bu cinayətin başında Ramiz Mehdiyevlə Fatma Abdullazadə durur. O vaxt Rüstəmin hoqqasına görə Prezident Aparatına çağırılmışdım. Əli Həsənovla şəxsən görüşmüşəm. Orada Eldar Quliyevin sədrimiz olması ilə bağlı təklif irəli sürüldü. Alternativ iki nəfər olsa da, əsas namizəd E.Quliyev idi. Ancaq 10 gündən sonra gəldik ki, Nizami Kino Evində qurultay keçirilib. Ş.Məmmədova isə sədr təyin olunub. Guya E.Quliyev sədr olmaqdan özü imtina etmişdi. Ancaq mən ondan soruşanda, belə olmadığını dedi”.
Kinorejissor əlavə edib ki, hazırda fəaliyyət göstərən hər iki ittifaq bir araya gəlməlidir:
“İttifaqlar arasında böyük barışıq olmalıdır. Bundan sonra qurultay keçirilməli, kino adamları öz içindən bir sədr seçməlidirlər.
Üçüncü ittifaqın yaradılacağı ilə bağlı söz-söhbət yayan şəxslərin isə beynini təcili surətdə yumaq lazımdır. Rusiyanın onlarla kino studiyası olsa da, bircə ittifaqı var.
Mən, hörmətli Fərəh xanıma və Mədəniyyət Nazirliyinə müraciət edirəm. Mart ayından gec olmayaraq təcili surətdə rəsmi qaydada qurultay keçirilməlidir. Dövlət təşkilatlarının, KİV-lərin və qonşu ölkələrdən qonaqların iştirakı ilə sədrin hesabatı dinlənilməli, müzakirələr aparılmalıdır”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir