ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2017-ci ildə görüşlərin birində Şimali Koreya lideri Kim Çen İni “Little rocket man” (Balaca raket adam) adlandırıb.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo öz memuarında yazıb.
Məlumata görə, 2017-ci ildə Şimali Koreyanın nüvə sınaqları ilə bağlı müzakirəsi zamanı o, Kim Çen İni “Balaca raket adam” çağırıb. Kim Çen İn də Trampa borclu qalmayıb və onu “Dəli qoca” adlandırıb.
Lakin 2018-ci ilin iyunun 12-də Sinqapurda keçirilən ikitərəfli görüş zamanı Tramp Kimə “bu ləqəbi Elton Conun “Rocket man” mahnısından ilhamlanaraq qoyduğunu deyib.
“Tramp dedi ki, bu, çox yaxşı mahnıdır və bunu ona iltifat kimi deyib”, - Pompeo bildirib.
Kim isə Trampa cavab verib ki, “raket adam” olar, amma “balaca” yox.
- Bəzi ərazilərdə işıq olmayacaq
- Bu gündən elektron siqaretlər qadağan olundu
- Lahıc yolunda torpaq sürüşməsi baş verdi, hərəkət dayandırıldı
- Cümhuriyyət Qülləsində bayrağımız proyeksiya olundu - Foto
- Bakıda dəhşətli qırğın, 12 min ölü - Avstriya qəzeti
- Pənahov keçmiş həyat yoldaşına bu əmlakları qaytaracaq
- Türkiyəyə atılan raketlərlə bağlı birgə... - Arakçı açıqladı
- Məhərrəm ayı bu tarixdə başlayacaq