“Nar” mobil operatoru 10 yanvar 2023-cü ildən etibarən danışıq tariflərini 50% bahalaşdırıb.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Abunəçi ilə mobil operator arasında baş tutan telefon danışığı zamanı “Nar” əməkdaşı bu artımları təsdiq edib və bu cür izah edib:
“Nar”ın “Unikal” tarifində yanvar ayından etibarən qiymət artımı olub. Bu, şirkət tərəfindən qoyulan qaydadır. Müştəri ilə bağlanan müqavilədə də qeyd olunduğu kimi, “Nar” şirkəti birtərəfli olaraq istənilən tarif və qiymətlərdə qiymət artımı və ya qiymət dəyişikliyi edə bilər”.
Qeyd edək ki, bu il ölkəmizdə minimum əmək haqqı 345 manat, minimum pensiya məbləği isə 280 manata qaldırılıb. 15%-lik artım fonunda mobil operatorların sürətlə qiymət artırması kəskin narazılıqlara səbəb olur.
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?