"İranın Azərbaycandakı casusları ... Cındır demirəm ha..."

09:32 - 23 Yanvar 2023 - CƏMİYYƏT

Tanınmış jurnalist Mirşahin Ağayev müəllifi olduğu verilişdə İran-Ermənistan münasibətlərindən də söz açıb.

O, “Mir Şahinin vaxtı” verilişində İrəvan-Tehran şəhərlərinin qardaşlaşmasından, eləcə də Ermənistan rəhbərliyinin İrana səfərindən danışıb.

“İranın Azərbaycandakı casusları, dəstəkçiləri Davos formundan o qədər cahil və cindar görünürdülər ki... Cındır demirəm ha, qarışdırmayın. Elə buna görədir ki, İran adlanan ərazi və əhali məkanının başımızın üstündə İrəvanla qardaşlaşması, “Ya Fatimə” deyilən dilləri ilə Paşinyanın arvadını çağırmaları diqqətsiz qalır. “Ya Əli” deyən dodaqlar haramcasına “Ya Paşinyan” deyə məscidə donuz bağlayana doğru uzanır. Axı müsəlman olmağın bir şərtidi də var. Ermənistan kiçik toya qadirdir? Onun cinsini müəyyənləşdirə bilibmi, cənab Xamneyi?” - Mirşahin Ağayev qeyd edib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol