Qeşev: Krım körpüsündəki partlayışda "bolqar izi"...

20:16 - 22 Yanvar 2023 - GÜNDƏM

 Qeşev: Krım körpüsündəki partlayışda

Bolqarıstan prokurorları Krım körpüsündə törədilən terror aktında ölkənin təqsirsiz olduğunu müəyyən ediblər.

BUTA.TV xəbər verir ki, bunu Bolqarıstanın Baş prokuroru İvan Qeşev deyib.

Qeşev bildirib ki, onun Sofiya prokurorluğundakı həmkarları müəyyən ediblər ki, Bolqarıstanın hücumla heç bir əlaqəsi yoxdur.

Prokurorun sözlərinə görə, baş verənlərdə "Bolqar izi" ilə bağlı ifadələr Rusiyanın Avropa ictimaiyyətinə hibrid hücumudur.

Bu xəbər hal-hazırda çox oxunur
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

Qeyd edək ki, 2022-ci il oktyabrın 8-də Krım körpüsündə yük maşını partladılıb. Nəticədə dəmir yolu qatarının 7 yanacaq çəni yanıb, körpünün iki avtomobil aşırımı qismən dağılıb. Rusiya Prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol