İsveçin Stokholm şəhərində yaşayan azərbaycanlılar yanvarın 21-i, saat 14:00-da Türkiyəyə dəstək aksiyası keçib.
Bu barədə BUTA.TV-a İsveçdə yaşayan güneyli fəal Abdulla Əmir Haşimi Cavanşir məlumat verib.
O bildirib ki, aksiya Avropa Demokrat Türklərinin İsveç bölməsi dərnəyinin başçısı Özər Əkə tərəfindən təşkil olunub:
"İki saat davam edən nümayişdə çıxışlar oldu, bəyanat verdik. İştirakçılar əllərində Türkiyə bayraqları tutaraq, İstiqlal marşı və İsveçin milli himnini səsləndirdi. Türkiyə bu gün regionda sülhü qoruyan bir gücə çevrilib. Sülh naminə səylərini əsirgəməyib. Çox təəssüf ki, terrorçu qruplar, Ermənistan və İran tərəfdarları, eləcə də Yunanıstan, Fransa Türkiyənin inkişafını qəbul edə bilmir. Düşmən qüvvələr onun gücünü zəiflətmək istəyir. Odur ki, Türkiyəyə, Ərdoğana qarşı Avropada və İsveçdə əks-təbliğat aparırlar. Biz azərbaycanlılar bir millət, iki dövlət olaraq dəstəyimizi nümayiş etdirdik”, - o əlavə edib.
- Azərbaycanda Novruz bayramı qeyd edilir
- Azərbaycanın bu ölkədəki səfirliyi 10 gün işləməyəcək
- Daha bir şirkətin vergi borcu üzə çıxdı
- Nəriman İskəndərov Azərbaycana ekstradisiya ediləcək
- Məzahir Pənahovun maaşı bu qədər artdı
- Kamran Əliyevin maaşı 10490 manat qaldırıldı
- MSK üzvlərinin maaşları artırıldı
- Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırıldı