Məhz nəhəng bir ölkəyə nəzarəti itirməkdə olan, güzəştlər və sərt zorakılıq arasında qalmış sovet siyasi rəhbərliyinin səhvləri Qara Yanvarın əsas səbəbi oldu. Səbəblərdən biri də sovet rəhbərliyinin erməni millətçiliyini təşviq etməsi idi.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Report-a açıqlamasında deyib.
Politoloq 33 il əvvəl baş vermiş böyük faciənin ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
"Biz yaxşı bilirik ki, bu, azərbaycanlıların ürəyinin sağalmamış yarasıdır. Siyasi mübarizənin dinc insanlara toxunmaması üçün faciələr bir dərs olmalıdır", - Markov qeyd edib.
- Əjdər Cəfərova yüksək vəzifə verildi
- Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü
- Prezident sərəncam imzaladı
- Qafar Abdullayevin həbs müddəti uzadıldı
- Əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...
- Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır
- FHN əməkdaşlarını maşınla vuran şəxsin kimliyi məlum oldu
- Qadın evində ölü tapıldı