Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 43 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 614 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 169 nəfər müalicə olunaraq sağalıb, hazırda 378 aktiv xəstə var. Bu günə qədər 10 067 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 050, bu günə qədər isə ümumilikdə 7 468 434 test icra olunub.
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi
- Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü
- Prezident sərəncam imzaladı
- Qafar Abdullayevin həbs müddəti uzadıldı
- Əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...
- Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır