Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostova azadlığa buraxılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Bolqarıstanın BTV nəşri məlumat yayıb.
Narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu həbsxanadan buraxılıb.
Bir ili dəmir barmaqlıqlar arxasında keçirən idmançının hələ də bunun şokunda olduğu qeyd olunub. Buna görə o, Asenovqraddakı evini tərk etmir.
Kostova əvvəlcə Plovdivdə 8 ay istintaq təcridxanasında, ardından isə Slivendə 4 ay həbsdə olub.
Qeyd edək ki, Boyanka Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.
- Əjdər Cəfərova yüksək vəzifə verildi
- Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü
- Prezident sərəncam imzaladı
- Qafar Abdullayevin həbs müddəti uzadıldı
- Əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...
- Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır
- FHN əməkdaşlarını maşınla vuran şəxsin kimliyi məlum oldu
- Qadın evində ölü tapıldı