Nüvə müharibəsini başlatmaq olmaz, bu müharibənin qalibi olmur.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentini nümayəndəsi Vedant Patel Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin sözlərinə cavabında deyib.
“İlk dəfə deyil ki, Rusiyadan belə açıqlamalar eşidirik. Açığı, nüvə silahı ilə bağlı provokasion açıqlamalar təkcə təhlükəli deyil, həm də ehtiyatsızlıqdır. Bundan qaçmaq gərəkdir. Biz onlara imkan verməyəcəyik”, - deyə Patel bildirib.
Qeyd edək ki, Davos Forumunda Rusiyanın ünvanına tənqidi yanaşmalarla bağlı Teleqram səhifəsində paylaşım edən D.Medvedyev nüvə güclərinin böyük konfliktlərdə uduza bilməyəcəyini deyib. Onun sözlərinə görə, nüvə nəhənginin uduzması nüvə müharibəsinə gətirib çıxara bilər.
- Əjdər Cəfərova yüksək vəzifə verildi
- Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü
- Prezident sərəncam imzaladı
- Qafar Abdullayevin həbs müddəti uzadıldı
- Əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...
- Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır
- FHN əməkdaşlarını maşınla vuran şəxsin kimliyi məlum oldu
- Qadın evində ölü tapıldı