15 erməni hərbçi yanıb öldü – “Bayraqdar” panikası başladı

23:40 - 19 Yanvar 2023 - GÜNDƏM

 15 erməni hərbçi yanıb öldü – “Bayraqdar” panikası başladı

Ermənistanın Göyçə mahalının Ağkilsə kəndində yerləşən hərbi hissəsində 19 yanvar saat 01:30-da baş verən və 15 erməni hərbçinin ölməsi, 7-nin yaralanması ilə nəticələnən yanğınla bağlı erməni təxəyyülünə uyğun versiyalar ortaya atılıb.

BUTA.TV xəbər verir ki, ermənilər bu hadisənin “Bayraqdar” PUA-sının zərbəsi nəticəsində başvermə ehtimalını müzakirəyə çıxarıblar.

Ermənistanın hərbi prokuroru Qriqor Elizbaryan hadisənin PUA zərbəsi nəticəsində başvermə ehtimalı haqda şayiələri təkzib edib:

“Bu ehtimal istisna edilir. Ermənistan ərazisində hər hansı PUA-nın hərəkəti aşkarlanmayıb. Bundan başqa, sağ qalan əsgər və hərbçilər var, onlar da heç bir partlayış olmadığını bildirirlər”.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

O, sağ qalanların, o cümlədən yaralıların ifadəsinin alındığını, eyni zamanda bəzi ekspertizalar aparıldığını bildirib.

Qeyd edək ki, ilkin məlumata görə, yanğın sobada benzindən istifadə edilməsi nəticəsində baş verib. Belə ki, növbətçi olan kapitan rütbəli zabit 5 litrlik qabdan sobaya benzin tökərək, sobanı yandırmağa çalışıb. Bu zaman yanğın baş verib və o, əlindəki qabı otağa tullayıb. Bununla da yanğın dərhal otağı bürüyüb.

Kapitan yatanları oyatmaq və yanğın barədə deməyə çatdıra bilməyib – od bir anda bütün ətrafı sarıb.

Kapitan hazırda yanıq xəsarətləri alsa da, sağdır, reanimasiyada müalicə alır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol