Niderlandda yaşayan Azərbaycan icması Almelo şəhərindəki “Hof 88” teatrında ermənilərin “45 gün: millət uğrunda mübarizə” sənədli filminin nümayişinin qarşısını alıb.
Kult.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib.
O bildirib ki, bu məqsədlə etiraz kampaniyasına başlayan soydaşlarımız bir həftə ərzində “Hof 88” teatrının elektron poçtuna məktublar göndəriblər. Eyni zamanda Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Ələkbər Mirhəşimli teatrın rəhbərliyi ilə əlaqə saxlayaraq, Azərbaycan icmasinin bu məsələ ilə bağlı narahatlıgını nəzərə çatdırıb.
Bundan sonra teatr rəhbərliyi sənədli filmin afişasını Hof88.nl saytının elanlar hissəsindən çıxarıb. Lakin Niderlanddakı erməni icmasının sosial şəbəkələrdə filmin təbligatına başlaması Azərbaycan icmasının etiraz kampaniyasının daha da gücləndirilməsinə səbəb olub.
Bu dəfə artıq teatr rəhbərliyi sənədli filmin nümayişinin dayandırıldıgı barədə məlumat yayıb. Bu məlumat etirazçıların hər birinin elektron ünvanına da göndərilib.
“Hof 88” teatrının rəhbərliyi bu addımı indiki həssas durumda filmin nümayişinin doğru olmaması, Niderland Krallığında yaşayan Azərbaycan icması uzvlərinin çoxsaylı məktub və etirazının nəzərə alınması ilə izah edib. Teatr rəhbərliyi həmçinin filmin məzmununun nəzərə alınmadan nümayiş planına salınmasına görə Azərbaycan icmasindan üzr istəyib.
Qeyd edək ki, ötən ilin dekabrında britaniyalı rejissor, Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessen Tvitter mikrobloqunda ərsəyə gətirdiyi “sənədli film”in “Ən yaxşı sənədli film” nominasiyasında Oskar mükafatına namizəd olduğu barədə məlumat paylaşıb. O iddia edir ki, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi zamanı “artsax”da işləyib və film guya müharibə zamanı insan hekayələrindən bəhs edir.
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev