Həmişə olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına aid təminat avtomobilləri Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət ediblər.
BUTA.TV xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətində hərəkət edən sülhməramlılara aid iki avtomobilin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.
Bu bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
- Əjdər Cəfərova yüksək vəzifə verildi
- Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü
- Prezident sərəncam imzaladı
- Qafar Abdullayevin həbs müddəti uzadıldı
- Əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...
- Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır
- FHN əməkdaşlarını maşınla vuran şəxsin kimliyi məlum oldu
- Qadın evində ölü tapıldı