Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Vüqar İskəndərov deyib ki, kreditlərin qaytarılmasında müəyyən problemlər yaşanır, ödəniş müddətində gecikmə qeydə alınır.
Bu zaman isə kredit üzrə əlavə faizlərin, başqa sözlə, cərimənin ödənilməsi qaçılmaz olur. Ona görə də qanunvericiliyə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Başqa sözlə, bankın müştərini sıxışdırmasına imkan verilməyəcək.
Millət vəkili deyib ki, dəyişiklik bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında müzakirə edilib:
“Dəyişikliklər bu sahədəki problemləri aradan qaldırmağa istiqamətlənib”.
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi
- Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü
- Prezident sərəncam imzaladı
- Qafar Abdullayevin həbs müddəti uzadıldı
- Əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...
- Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır