Prezident: 200 qiqavat həcminə potensial mövcuddur!

21:46 - 19 Yanvar 2023 - GÜNDƏM

 Prezident: 200 qiqavat həcminə potensial mövcuddur!

Yaşıl enerji ilə bağlı potensial böyükdür.

BUTA.TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.

"Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavatdır. Quruda olan potensial 27 qiqavatdır, iki il əvvəl müharibə nəticəsində azad edilmiş ərazilərdə daha 10 qiqavatdır. Beləliklə, təqribən 200 qiqavat həcmində potensial mövcuddur", - Prezident deyib.

Dövlət başçısı bildirib:

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən qərar: Bu agentlik ləğv olunur

“Ötən ilin dekabrında biz Buxarestdə Gürcüstandan Rumıniyaya qədər uzanacaq 4 qiqavat gücündə sualtı kabelin inşası ilə bağlı razılaşma imzaladıq. Hazırda texniki-iqtisadi əsaslandırma həyata keçirilir. O, hazır olan kimi biz maliyyələşmə üzərində düşünəcəyik və əlbəttə ki, burada Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol