Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq. Ümid edirik ki, həmin azad ticarət zonası istehsalat və şirkətlər üçün sərmayə qoyuluşu baxımından münasib məkan olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.
Dövlət başçısı qeyd edib ki, əlbəttə, biznes mühitinin yaxşılaşdırılması uğurun əsas amillərindəndir:
"Çünki dünyada bütün ölkələrin, hətta ən inkişaf etmiş dövlətlərin əlavə sərmayəyə ehtiyacı var. Ancaq, sadəcə, biznes mühiti kifayət deyil. Ölkələr arasında münasibətlər nadir vəziyyət yaradır - qlobal miqyasda ən yüksək dostluq şəraiti. Mən Azərbaycan və Gürcüstan, Azərbaycan və Türkiyə, Gürcüstan və Türkiyə, habelə bizim üçtərəfli əlaqələrimizi nəzərdə tuturam".
- Əjdər Cəfərova yüksək vəzifə verildi
- Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü
- Prezident sərəncam imzaladı
- Qafar Abdullayevin həbs müddəti uzadıldı
- Əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...
- Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır
- FHN əməkdaşlarını maşınla vuran şəxsin kimliyi məlum oldu
- Qadın evində ölü tapıldı