Ermənistanın Göyçə mahalının Azad kəndində yerləşən hərbi hissədə baş verən yanğından sonra 2-ci Ordu Korpusunun komandiri xidmətdən uzaqlaşdırılsa da, əksər vətəndaş ölkənin müdafiə naziri Suren Papikyanın istefasını tələbə edir. Çünki ordunun büdcəsini sıravi zabitlər planlaşdırmır, bunu müdafiə naziri və Baş nazir edir.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Vətəndaşlar düşünür ki, Müdafiə Nazirliyi döyüşçüləri kənd binasında deyil, normal kazarma şəraiti ilə təmin etsəydi, faciə baş verməzdi. Sosial şəbəkə istifadəçiləri isə Papikyanın fotosunu “İstefasını tələb edirəm” fləşmob yazısı ilə paylaşırlar. Bir çoxları isə Feysbuk üzərindən onun istefasını tələb etmək yerinə, Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyi təklif edir”, - məlumatda deyilir.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir