Avroparlament dünənki addımı ilə AB və Azərbaycan münasibətlərinə xələl gətirmək əzmini nümayiş etdirdi.
BUTA.TV xəbər verir ki, bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib.
“Dünən Avroparlamentin Laçın yolunda baş verənlərlə bağlı ölkəmizi günahlandıran bəyanat qəbul etməsi, Azərbaycandan dəhlizi açmaq istəməsi və Bakını Qarabağdakı ermənilərin hüquqlarını qormağa çağırması, Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması kimi tələbləri qərəzli və birtərəfli münasibətinin bariz nümunəsi idi. Aydın məsələdir ki, Azərbaycan üçün dünən Avroparlamentdə səsləndirilən bəyanatların heç bir mənəvi, siyasi, hüquqi çəkisi yoxdur.
Əgər Avroparlament həqiqəti demək istəyirsə, onda ərazi bütövlüyü məsələsində niyə Azərbaycanın adını çəkmədi? Avropalıların erməni hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsindən çıxarılması tələbini səsləndirmək əvəzinə Azərbaycan hərbçilərini Ermənistandan çıxarılma bəyanatı qərəzin son həddi sayıla bilər”, - politoloq bildirib.
Ekspert vurğulayıb ki, beləliklə, Fransa və Ermənistan AB Şurası Prezidenti Ş.Mişelin son 1 ildə Bakı və İrəvan arasında effektiv vasitəçi kimi nailiyyətlərinin üstündən xətt çəkmiş olur:
“Görünən odur ki, Şarl Mişel və Ursula fon der Leyen kimi fiqurlara qarşı erməni diasporu, Fransa hökuməti tərəfindən təzyiq mexanizmi məhz Avroparlament, Avropa Komissiyası qismində meydana buraxılıb. Bu cür avantürist çıxışlar isə davamlı olacaq.
Əlbəttə, baş verənlər XİN və Diaspor Komitəsinin Avroparlamentlə, ABŞ ilə, AB ilə siyasət konsepsiyasına göz gəzdirməyi, bəzi düzəlişlər etməyi tələb edir. Avropalılarla iş mexanizmləri, metodları yeni yanaşmalarla nəzərdən keçirilməlidir.
Dünən qəbul olunan bəyanat sözsüz ki, Azərbaycan və AB arasında yeni sazişin imzalanmasının vaxtını bir qədər də uzadacaq və mümkünsüz edəcək. Əgər Avropa strukturları Cənubi Qafqaza məhz erməni məsələsi prinsipi ilə yanaşacaqlarsa, sözsüz ki, qitənin siyasi institutunun bölgədəki nüfuzuna zərbə vurmuş olacaqlar”.
Z.Məmmədov həmçinin bildirib ki, bu gün Avroparlamentin bir çox üzvü erməni diasporu tərəfindən maliyyələşdirilir:
“Buna görə də müvafiq Avropa strukturları Avroparlamentin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand başda olmaqla, bir çoxları ilə bağlı araşdırmalara başlamalıdır. Ötən ilin sonunda Avroparlamentdə bəzi ölkələrlə bağlı araşdırılmaların da başlanılması buna bir sübutdur. Ancaq digər ölkələrin rüşvət məsələsində adları çəkilsə də, erməni milyonçuları ilə bağlı susqunluq nümayiş etdirilir”.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir