Hərbi qulluqçular tutduqları vəzifələrdən yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı azad ediliblər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan Göyçə mahalının Azad kəndi yaxınlığında yerləşən hərbi hissələrindən birində baş verən yanğınla bağlı açıqlamasında deyib.
Xüsusilə, 2-ci ordu korpusunun qərargah rəisi Vaqram Qriqoryan, korpus komandirinin maddi-texniki təminat üzrə müavini, eləcə də qərargah rəisi - komandirin arxa cəbhə üzrə müavini, döyüş növbətçiliyi üzrə müavini, mühəndis xidmətinin rəisi, mühəndis-istehkamçı bölüyünün komandiri, eləcə də Ermənistan Silahlı Qüvvələrinin arxa cəbhəsinin yanğın təhlükəsizliyinin rəisi vəzifələrindən azad olunublar.
- 7 professor elmi şuradan niyə uzaqlaşdırılıb? - Video
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır