Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov işdən çıxarılıb.
Kult.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.
Mədəniyyət Nazirliyi faktı təsdiq edib. Bildirilib ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi V.Cənnətovun əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar yanvarın 19-u vəzifədən azad edilib.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü V. Cənnətov bu vəzifədə 2021-ci ildən çalışırdı. O, daha öncə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.
- İranda zəlzələ oldu
- Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
- Yanan avtomobili söndürmək istədi, maşın vurub öldürdü
- 7 professor elmi şuradan niyə uzaqlaşdırılıb? - Video
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...