2022-ci ildə Gürcüstana 5,4 mln. xarici vətəndaş səfər edib, turizm gəlirləri 3,5 mlrd. dollara yaxın olub. 2022-ci ildə Azərbaycana 1,6 mln. xarici ölkə vətəndaşları səfər edib, keçən ildə ölkənin turizm gəlirləri, ən yaxşı halda 1,5 mlrd. dollar olacaq. Hesabatlar çıxanda dəqiq biləcəyik. Gürcüstana dünyanın 40-a yaxın avişirkəti uçur, quru sərhədləri də açıqdır. Azərbaycanda hava yolu ilə sərnişin daşımanın 90%-i AZAL və BUTA-nın payına düşür, quru sərhədlər də absurd bəhanələrlə bağlıdır.
BUTA.TV xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.
N.Cəfərli bildirib ki, Gürcüstan hökuməti yaxın 5 ildə turist sayını 10 mln. nəfərə, bu sahədən gələn gəlirləri isə 8 mlrd. dollara çatdırmağı düşünür: "Azərbaycan hökuməti də elan edib ki, 2026-cı ildə xaricdən ölkəyə gələn turist sayı 4 mln. nəfərə, xarici turistlərdən gələn gəlir isə 3 mlrd. dolları keçəcək. Gürcüstan hökuməti hədəflərinə çatmaq üçün ölkəni daha çox açmağı, qaydaları daha da sadələşdirməyi düşünür - məsələn, 2022-ci ildə ölkəyə 10 yeni avişirkət uçmağa başlayıb və 9 yeni istiqamət üzrə uçuşlar başlayıb. Bundan başqa Gürcüstan hökuməti yaxın 5 ildə hər il turizmlə məşğul olan şirkətlərə və müxtəlif yeni inftrastruktur layihələrinə 250 mln. lariyə yaxın təşviq paketi ayıracağını elan etdi. Azərbaycan hökumətinın 2026-cı illə bağlı planları isə yaxşı sağlığa bənzəyir, çünki nə xroniki problemlərlə, nə inhisarçılıqla bağlı heç bir addım atmaq istəmir..."
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir