Aparıcı-prodüser Tarix Əliyev "Ümid ilə gəl" verilişində (Tolik) bu gün sellofan torbaya qoyularaq küçəyə atılan uşağın ölümündən danışıb.
Buta.tv xəbər verir ki, aparıcı körpənin anasını tənqid edərək ona ağır cəza verilməsini istəyib:
"Bu günlərdə analıq hissinə yad olan şeylərlə rastlaşırıq. Bu şəkildən sonra dəhşətə gəldim. Bir ana qışın oğlan çağında uşağı sellofanın içində yol kənarına qoyub necə gedər bilərmiş? Mən bu şeydən sonra indi necə deyim ki, cənnət anaların ayaqları altındadır. Hər uşaq dünyaya gətirənə ana demək olmaz. Bu övladı Allah nəsib edibsə, ona baxa bilmirsinizsə, aparın polis bölməsinin qarşısına qoyun. İt öz balasını soyuqda qoynuna alır ki, şaxtada donmasın. Siz necə anasınız? belə analıq edənlər edam olunmalıdır. Bəlkə də bu uşaq böyüyüb vətənə xeyirli övlad olardı. Heç olmasa, gətirib mənim qapıma qoyardın, onu yaşadardım. Ay analıq adına ləkə olan qadın, heç olmasa, ədyala bükərdin".
Qeyd edək ki, bu gün Masazırda sellofan torbaya qoyularaq yolun kənarına atılan körpə meyiti tapılıb.
- 7 professor elmi şuradan niyə uzaqlaşdırılıb? - Video
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır