Rus ordusu öz səylərini Baxmut istiqamətində hücuma keçməkdə davam etdirirlər. Bundan əlavə, onlar Avdeyevka istiqamətində uğursuz hücum əməliyyatları aparırlar.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Düşmən Donetsk vilayətini inzibati sərhədlər daxilində ələ keçirmək niyyətindən əl çəkmir. O, əsas səylərini Baxmut istiqamətində hücum əməliyyatı keçirməyə cəmləşdirir. Avdeyevka istiqamətində uğursuz hücum əməliyyatları aparır. Bundan əlavə, Liman, Zaporojye istiqamətində Orexovo və Qulyaipole yaşayış məntəqələri ərazilərində uğursuz hücum hərəkətləri həyata keçirdi. Kupyanski, Novopavlovski və Xerson istiqamətlərində düşmən müdafiəyə keçir", - Baş Qərargahın məlumatında qeyd olunub.
- İranda zəlzələ oldu
- Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
- Yanan avtomobili söndürmək istədi, maşın vurub öldürdü
- 7 professor elmi şuradan niyə uzaqlaşdırılıb? - Video
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...