Laçın dəhlizi 9 (10) noyabr 2020-ci il tarixli razılaşmaya əsasən, yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Təbii olaraq orada şərt qoyulub ki, bu dəhlizlə, bu marşrutla heç bir hərbi yük göndərilməməlidir. Azərbaycanlılar məlumat təqdim etdilər ki, erməni tərəfi bu dəhliz boyu minalar daşıyıb və bu minalardan üçtərəfli razılaşmaları pozaraq, Azərbaycan mövqelərinə yaxın əraziləri minalamaq üçün istifadə olunub. İndi bizim hərbçilər bunu yoxlayır. Çoxlu qarşılıqlı ittihamlar var. Rusiya sülhməramlı kontingenti bu hərəkətə nəzarət etmək üçün üçtərəfli razılaşma əsasında səlahiyyətlləndirilib. Kontingentin bütün nəqliyyat vasitələrini qadağan olunmuş qeyri-humanitar, mülki olmayan malların olmaması üçün yoxlamağa hər cür imkan var”, - Lavrov bildirib.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...