Rusiya Prezidenti Vladimir Putin bu gün yeni səfərbərlik dalğası və Ukraynaya rəsmən müharibə elan edə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, bugünkü tarix onun üçün simvolikdir:
“Putin yaxın günlərdə ordusunu genişləndirmək üçün səfərbərliyin ikinci dalğasını elan edə bilər, ola bilsin ki, yanvarın 18-də. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin doğulduğu şəhər olan Leninqradın faşist blokadasının yarılmasının 80 illiyi münasibətilə o, yanvarın 18-də Sankt-Peterburqda çıxış edəcək. Putin rus xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi sevir və bəzi rusiyalı müharibə tərəfdarı blogerlər onun bu fürsətdən ya səfərbərlik, ya da Ukraynaya müharibə elan etmək üçün istifadə edəcəyini deyirlər”.
Qeyd edək ki, Ukrayna və Qərb kəşfiyyat orqanları Putinin yanvarın ortalarında səfərbərliyə hazırlaşmağı planlaşdırdığı barədə dəfələrlə xəbərdarlıq ediblər.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...