Sosial şəbəkələrdə haker qrup səhifələri açaraq qadınlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1996-cı il təvəllüdlü İsmayıl Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırmalarla müəyyən edilib ki, o saxta haker səhifələr vasitəsilə “mesajları əldə etmə”, “telefon dinləmə” “sosial şəbəkə hesablarının sındırılması”, “kiber xidmətlərin təşkili” adı altında 14 fakt üzrə qadınların müxtəlif məbləqlərdə pul vəsaitini talayaraq mənimsəyib. Pul köçürməyən qadınların isə mobil telefon nömrələrini yayaraq əxlaqsız xidmət göstərmələri ilə bağlı paylaşımlar edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...