Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının uğurlu hücumu nəticəsində ağır vəziyyətə düşüb.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyasında müdafiə nazirinin müşaviri olmuş polkovnik Duqlas Makqreqor deyib.
“Ukraynalı həkim və tibb bacıları yaralıların çoxluğu səbəbindən çox yükləniblər. Xeyli ukraynalı əsgər var ki, hərbi uniformanı geyinməyə məcbur olur və zəif hazırlıqla cəbhəyə gedir, sonra güclü atəş altında anlayır ki, zabitləri onları atıb”, - polkovnik bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçilərinin bir qismi ruslara təslim olur, bəziləri isə döyüş meydanından qaçır və Kiyevin gizli polisinin əlinə düşərək cəzalanırlar.
Makqreqor iddia edir ki, Ukrayna Müdafiə Nazirliyi pulların hədər yerə xərclənmədiyini Vaşinqton, Brüssel və NATO-ya sübut etmək üçün düşünmədən çağırışçıları ölümə göndərir.
“Vəziyyət həqiqətən qorxuludur”, - o qeyd edib.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...