Rusiyanın bir neçə gün öncə Ukraynanın Dnepr şəhərində yaşayış binasına endirdiyi ölümcül raket zərbəsi ilə bağlı türkürpədən detallar məlum olub.
BUTA.TV xəbər verir ki, Dnepr meri Boris Filatovun sözlərinə görə, zərbədən dolayı binanın dağılması nəticəsində itkin düşən insanların bundan sonra tapılması mümkünsüzdür.
O bildirir ki, şiddətli soyuqlar və raket yanacağının yanması səbəbindən həmin insanlar sadəcə əriyib yoxa çıxıblar:
“Kadr arxasında elə dəhşətli səhnələr var ki, çətin ki, insanlar onları görməyə hazır olsun. Dağıntılar altında parçalanmış və plitələr altında qalmış qadının bədəni sadəcə “vərəğə”çevrilmişdi”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Qeyd edək ki, son məlumata görə, raket zərbəsi nəticəsində 45 nəfər ölüb, 25 nəfər isə itkin düşüb.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...