Moskvada mağazaya girdim: sağda Bakı, solda İrəvan... - Foto

22:20 - 17 Yanvar 2023 - GÜNDƏM

 Moskvada mağazaya girdim: sağda Bakı, solda İrəvan... - Foto

İndi mağazaya nar şirəsi almağa girdim: rəfdə yanaşı iki istehsalçının şirələri vardı – solda Ermənistanın, sağda Azərbaycanın.

BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı rəhbi-siyasi ekspert İqor Korotçenko paylaşıb.

O bildirib ki, sağda yerləşən Azərbaycan istehsalı şirə alıb:

“Niyə? Şüşə, qablaşdırma, estetika daha estetik və cəlbedicidir. Ancaq ən əsası: Azərbaycan – düzgün ölkədir, Rusiyanın dostudur. Rusiya Federasiyasına ixrac edilən Azərbaycan məhsulları ən ciddi keyfiyyət nəzarətindən keçir.

Ermənistanda antirusiya ovqatı güclənir, Rusiya Silahlı Qüvvələrinə qarşı boş bəyanatlar səsləndirilir, İrəvan Rusiya hərbi bazasını bağlamaqla, KTMT-dən çıxmaqla hədələyir.

Buna görə də mən və digər rusiyalılar Ermənistan istehsalı məhsulları almayacağıq – nankor ölkəni və nankor cəmiyyəti niyə maliyələşdirək? Doğru demirəm?”

Korotçenko bunun reklam deyil, şüurlu seçim olduğunu da qeyd edib.

https://cdn.axar.az/2023/01/17/shire-moskvada-iqor.jpg


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol