Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, həmçinin strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkanı qəbul edib.
BUTA.TV xəbər verir ki, H.Hacıyev bu barədə Tvitterdə paylaşım edib.
“Onlarla tarixi Nobel Qardaşlarının Ev-Muzeyində görüşməkdən və geniş söhbətdən məmnunam. Biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdik”, - prezident köməkçisi vurğulayıb.
H.Hacıyev bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək.
Qeyd edək ki, görüşdə Azərbaycanın İsrailə təyin etdiyi səfiri Muxtar Məmmədov da iştirak edib.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...