Bəzi məmurlarla bağlı cəmiyyətdə yaradılan “toxunulmaz” obrazı artıq yavaş-yavaş unudulur.
Bu obrazı elə həmin məmurların özlərinin formalaşdırdığı də bilinən gerçəklərdəndir. Ramiz Mehdiyevin ardınca “Naxçıvan xanı” obrazını formalaşdıran, ömrünün sonuna qədər kresloda qalacağı təsəvvürünü yaradan Vasif Talıbovun vəzifədən uzaqlaşdırılması bu stereotipləri dağıtdı. Yəni artıq hər kəs bilir ki, fəaliyyətində nöqsanlara yol verən istənilən məmur vəzifəsindən kənarlaşdırıla bilər və ortada bunun bariz nümunələri var. O nümunələr ki, illərlə özləri barədə cəmiyyətdə yaratdıqları xof sabun köpüyü kimi bir anda dağıldı. Bu ilin sonuna qədər bir sıra məmurların da kreslosu ilə vidalaşacağı gözlənilir.
Cebhe.info xəbər verir ki, vəzifəsini itirməyə ən real namizədlərin başında "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) rəhbəri Cahangir Əsgərov gəlir.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
AZAL-la bağlı uzun illərdir ki, narazılıqlar səslənir. Biletlərin qiymətinin çox yüksək olması, xarici aviaşirkətlərin bazardan çıxarılaraq monopoliya yaradılması, bütün bunların fonunda isə dövlətdən hər il millyonlarla manat dotasiya alan AZAL-ın son 3 ildə 2 milyard manatdan çox zərər etməsi də yanlış idarəetmənin bariz göstəricisidir. Bu və digər məqamları nəzərə alsaq, AZAL rəhbəri Cahangir Əsgərovun bu ilin sonuna qədər tutduğu postdan kənarlaşdırılacağı gözlənilir.
“Toxunulmaz” məmurlardan hesab olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərov da bu il tutduğu postla vidalaşa bilər.
Son zamanlar “fövqəlnazir”in rəhbərlik etdiyi qurum gündəmə daha çox “FHN-də çəkilən video” başlığı ilə gəlir. Qurumda yüksək post tutan şəxsin intim videosu, nazirliyin binasında “xınayaxtı” mərasiminin keçirilməsi ilə bağlı görüntülərin sosial şəbəkələrdə yayılması “fövqəlnazir”in idarəedici kmi nüfuzuna ciddi zərbə vurdu. Son olaraq isə hazırda həbsdə olan siyasi aktivist Bəxtiyar Hacıyevi “kurasiya etməsi” ilə gündəmə gələn Kəmaləddin Heydərovun bu il nazir postundan gedəcəyi istisna olunmur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə bağlı da oxşar qərarın veriləcəyi iddia olunur.
Rövşən Rzayev də son dövrlər gündəmə daha çox şikayətlərin hədəfi olaraq gəlir. Onunla bağlı ən çox səslənən şikayətlər isə məcburi köçkünlər üçün nəzərdə tutulan mənzillərin verilməsində yol verdiyi nöqsanlardır. Eyni zamanda, məcburi köçkünlərə binaların tikilməsi ilə bağlı icra olunan layihələrdə də ciddi nöqsanların olduğu iddia olunur ki, bu da Rövşən Rzayevin kreslosu ilə vidalaşması üçün yetərli səbəb hesab olunur. İl Azərbaycan Milli Elmlər Akadeyimiyasının (AMEA) yeni seçilən prezidenti İsa Həbibbəyli üçün də uğurlu olmayacaq.
Xüsusilə də oğlu, ləğv olunmuş Naxçıvan Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibəylinin Naxçıvanda gedən proseslər fonunda korrupsiyaya görə istintaqa cəlb olunması İsa Həbibbəyli üçün də qaçılmaz son yaradır. İsa Həbibbəylinin AMEA prezidenti postunu tutmasından 3 ay keçməsinə baxmayaraq, qısa zamanda kreslosu ilə vidalaşacağı gözlənilir. Digər tərəfdən İsa Həbibbəylinin sabiq AMEA prezidenti Ramiz Mehdiyevə yaxın olduğu da iddia olunur.
Bu sırada adı hallanan vəzifəlilərdən biri də Baş nazirinin birinci müavini Yaqub Eyyubovdur.
Yaqub Eyyubovla bağlı uzun müddətdir mediaya müxtəlif məlumatlar daxil olur. Sonuncu məlumat isə ölkədən çıxardığı və Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsaitlə bağlıdır.
Yaqub Eyyubovla bağlı kulislərdə dolaşan məlumatlardan biri də onun xarici əlaqələri ilə bağlıdır. Eyyubovun baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət etməsi bu məlumata xüsusi diqqət ayrılmasını tələb edir.
2023-cü ili vəzifəsiz başa vuracaq məmurlar siyahısında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da ola bilər.
Ümumiyyətlə, Zakir Fərəcov ən çox şikayət olunan icra başçılarından biridir. Artıq onun fəaliyyətinin yoxlanılması ilə bağlı iddialar yayılıb. Qurum tərəfindən təkzib olunsa da, Zakir Fərəcovun işə çıxmadığı ilə bağlı da söyləntilər var. Bundan əvvəl də Zakir Fərəcovla bağlı mətbuatda kifayət qədər faktlara söykənən şikayətlər yer alıb. Daha bir iddiaya görə isə Zakir Fərəcov bu il vəzifəsini itirəcək tək icra başçısı olmayacaq. Fəaliyyətində ciddi nöqsanlara yol verən daha bir neçə icra başçısı da bu il kreslosu ilə vidalaşmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, buna qədər 10-a yaxın icra başçısı korrupsiya və rüşvət ittihamı ilə həbs olunub. Bu prosesi davamı olaraq daha bir neçə icra başçısı haqqında oxşar qərarın veriləcəyi gözlənilir.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...