Azərbaycanda məhv olan ən gözəl memarlıq nümunələrindən biri də Novxanı kəndindəki Səfəvilər dövrünə aid Şah Soltan Hüseyn məscididir.
Kult.az xəbər verir ki, bunu tarixçi alim, tanınmış ziyalı Zaur Əliyev qeyd edib.
Alim bildirib ki, dini abidə 1750-ci ildə tarixi yaşayış məskəninin mərkəzi olub:
“Bu məscid Novxanı və novxanılar üçün tarixi abidə ilə yanaşı əsrlər boyu onların ibadət yeri və bir qərargah simvolu olub. Çox az adam bilir ki, Məmməd Əmin Rəsulzadənin atası, babaları bu məscidin qoruyucuları olub. Rəsulzadə gənc yaşlarında bu məsciddə Novxanı ağsaqqallarının məsləhətini alıb. Hətta o zaman bir dəfə Rəsulzadə, bir dəfə də atası Stalini bu məsciddə gizlədərək həyatını xilas edib. Çar Rusiyasının polis sistemi əsla bu məscidə ayaq basa bilməyiblər. Onlar bu məscidə hörmət ediblər. Bu məsciddə ibadət edənlər və kənd camaatı əsla bura rus əsgəri və polisinin girməsinə icazə verməyib. Lakin Sovetlər hakimiyyətə gələn kimi məscidi dağıtdılar. Neçə dəfə novxanılar bu məscidi təmir etmək istəsə də, o dövrdə sovet rəhbərliyi buna icazə vermədi. Müstəqillikdən sonra isə Əbülfəs Qarayev və Anar Kərimova yüzlərlə müraciət olunsa da, məscidin bərpasına razılıq verilməyib”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Z.Əliyev həmçinin, abidənin rütubət çökən, uçub-dağılan divarlarında dövlət tərəfindən qorunduğunu göstərən hər hansı bir lövhənin olmadığını əlavə edib:
“Yalnız primitiv qaydada "Şah Sultan Hüseyn məscidi" yazısı var ki, onu da kənd sakinləri hazırlayıblar. Məscid yerli əhəmiyyətli və mühafizə olunan tarixi abidələr siyahısında olsa da, görünən mənzərə bunun əksini düşünməyimizə əsas verir.
İndi bu dini yerin içini sahibkarlar zibilxana ediblər, içinə heyvan leşləri atırlar. Orada olarkən Novxanı bələdiyyəsinə məxsus zibil maşını da gözümün qabağında bütün zibilləri ora tökdü”.
Qeyd edək ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...