“Bu söhbətə söyüş qoymaq lazımdır...”

09:33 - 17 Yanvar 2023 - MAQAZİN

 “Bu söhbətə söyüş qoymaq lazımdır...”

Bəstəkar-müğənni Murad Arif əməkdar artist Bəhram Bağırzadənin regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməsi haqqında fikirlərinə münasibət bildirib.

Murad Arif sosial şəbəkədə bu sözləri yazıb: "Yenə Moşu-Sevda qarşıdurması... ("Bəxt üzüyü" filmindən). Məncə, bu dəxlisiz rayonlu-şəhərli söhbətinə söyüş qoymaq lazımdır".

Qeyd edək ki, Bəhram Bağırzadə bu fikirləri qeyd edib: "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol